COP29

“Qarabağ”da debüt etdi, sevincindən uçmağa qanadı olmadı: “Gəlin, əylənək”

12 Oktyabr 00:40 Qarabağ 6 431
“Qarabağ”da debüt etdi, sevincindən uçmağa qanadı olmadı: “Gəlin, əylənək”

"Qarabağ"ın yarımmüdafiəçisi Aleksey Kaşuk instaqram hesabında paylaşım edib.

Sportinfo.az xəbər verir ki, ukraynalı legioner Ağdam klubundakı debütündən yazıb:

"Bu an üçün necə də darıxmışdım. 11 çətin aydan sonra ilk 60 dəqiqə...

Uzun müddətdir gözlədiyim an, debütüm, ilk qələbəm, ən çox sevdiyiniz işi yenidən etmək kimi heyrətamiz hiss baş tutdu.

Amma qarşıda hələ uzun və həyəcanlı bir yol var, gəlin əylənək. Qaranlıq günlər arxada qaldı, parıldamağın və geridə buraxdıqlarımı geri almağın vaxtı çatdı. Tezliklə görüşərik".

“Qarabağ” Kaşukla 3 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti