COP29

“Fantastik qələbə qazandıq” - “Qarabağ”ın qapısına 2 qol vuran

11 Oktyabr 09:00 Qarabağ 2 305
“Fantastik qələbə qazandıq” - “Qarabağ”ın qapısına 2 qol vuran

“Taktiki cəhətdən fantastik oyun keçirdik”.

Sportinfo.az xəbər verir ki, bunu “Malmö”nün futbolçusu Erik Botheim deyib.

Hücumçu Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”ı Bakıda 2:1 məğlub etdikləri matçı şərh edib. Dubl edən Botheim qələbənin sirrini açıqlayıb:

“Oyunda daha sıx oynayıb, rəqibə boş zonalar verməməyə çalışırdıq. Bu, bizdə alındı.

Fantastik komanda qələbəsi qazandıq. Son matçlarda formamı bərpa etdim, ona görə də qol vurmaq xoş idi.

Amma komanda işimizdən danışmağa üstünlük verirəm”.

“Qarabağ”ın 1:2 hesabı ilə məğlub olduğu matçda ağdamlıların yeganə qolunu 15-ci dəqiqədə Juninyo vurub.

Digər Xəbərlər
Xəbər Lenti