COP29

“Qarabağ”ın keyfiyyətli hücum xətti, çox yaxşı futbolçuları var”

11 Oktyabr 01:00 Qarabağ 709
“Qarabağ”ın keyfiyyətli hücum xətti, çox yaxşı futbolçuları var”

“Qarabağ”la oyunun çətin keçəcəyini bilirdik, çünki çox yaxşı futbolçuları var”.

Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Malmö”nün futbolçusu Lasse Yonsen Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri II tur oyunundan sonra deyib.

O, qələbənin qarşıdakı avrokubok oyunlarına daha yaxşı köklənmək üçün stimul olacağını bildirib:

“Biz turnirin ilk matçında doğma meydanda Şotlandiyanın “Reyncers” klubuna uduzmuşduq. “Qarabağ” isə İngiltərədə “Tottenhem”ə məğlub olmuşdu.

Buna görə də hər iki komanda üçün qələbə qazanmaq çox vacib idi. Rəqib Londondakı qarşılaşmada yaxşı oyun nümayiş etdirmişdi. Bilirdik ki, bu matç da ağır olacaq”.

26 yaşlı yarımmüdafiəçi Azərbaycan təmsilçisinin keyfiyyətli hücum xəttinə malik olduğunu söyləyib:

“Qarabağ”ın futbolçuları çoxlu dirblinq edirdilər. Biz isə öz oyun üslubumuzdan kənara çıxmırdıq.

Birinci hissədə çox yaxşı mübarizə apardıq. İkinci yarıda isə müdafiəyə diqqət ayırdıq.

Öz oyunumuzu nümayiş etdirdik. İki gözəl qol vurduğumuzu düşünürəm”.

“Qarabağ” növbəti oyununu oktyabrın 24-də Bakıda Niderlandın “Ayaks” komandasına qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti