COP29

İlkin Fikrətoğlu - Kimdir AFFA-da oturub, belə yaramaz qərarlara əl qaldıranlar?

10 Oktyabr 17:40 Qarabağ 2 863
İlkin Fikrətoğlu - Kimdir AFFA-da oturub, belə yaramaz qərarlara əl qaldıranlar?

Həəə, qaldığımız yerdən davam edirik.

Demişdim axı, millimizin əksər oyunlarında hansısa futbolçu ortaya çıxıb, nəticəni rəqibin xeyrinə həll edir.

İsveçlə qarşılaşamada oyunun qırılma anı Ramil Şeydayevin qaçırdığı penalti oldusa, Slovakiya ilə səfər matçında da oyunu “məhv edən” Amin Seydiyev oldu.

Şey-dayev, Sey-diyev – soyadları kimi, son iki matçda bərbad oyunları da bir-birinə bənzəyir.

Amma problemimiz təkcə Ramil Şeydayevlə Amin Seydiyevdirmi? Yox!

El məsəlində deyildiyi kimi, Əlisi dəli,.Vəlisi dəli, qırılmışın hamısı dəli! Fernando Santuş cox düzgün qərar verib,

İsveç matçında komandanı məğlubiyyətə sürükləyən Ramil Şeydayevlə kapitan nüfuzunu qoruya bilməyən Emin Mahmudovu Slovakiya ilə görüşdə ehtiyatda saxlamışdı.

Bu, Santuşun məşqçi kimi özünəhörmətin göstəricisi idi.

Onlaırn əvəzinə şans verdiyi oyuncuları da nəzərə alanda, yetərincə riskli start “11-liy”i vardı miillimizin. Bu da oyunda özünü göstərdi.

Hanı bizim futbolçularda o xarakter ki, çıxıb, var gücü ilə meydnda döyüşsün, can qoysun? Yığmamız bu dəfə də uduzdu, İsveçə qarşı yenə oynayıb uduzmuşdusa, bu dəfə hec oyun adına da nəsə göstərmədi.

“Sparta Praqa”lı Lukas Haraslin müdafiəçilərimiz üçün bir bəla olmuşdu. İlk hissədə Amin Seydiyev, ikinci taymda Rahil Məmmədovu birtəhər eləmişdi.

Seydiyev 4 dəqiqə ərzində yol verdiyi iki kobud səhvlə Slovakiyanın qələbəsinə yardımcı olduqdan sonra əlacsız qalan Fernando Santuş fasiləni gözləmədən, 37-ci dəqiqədə onu Abbas Hüseynovla əvəzlədi.

İkinci hissə başlayanda Ramil Şeydayevi də meydana buraxdı Santuş. Amma ümumi oyun sistemi yoxdursa, futbolçuların ustalıq səviyyəsi rəqiblə müqayisədə çox aşağıdırsa, lap 5 oyuncu dəyiş, xeyri yoxdur.

Yaxşı ki, qapıçı Mehdi Cənnətov həmin gün ən yaxşı oyunlarından birini keçirdi. Yoxsa fərq daha böyük olacaqdı.

2 oyun, 2 məğlubiyyətə, bununla da, millimizin Millətlər Liqasının C divizionunda taleynə elə inidən aydınlıq gəldi. Yəni, irəliləyiş, nə bilim, sürpriz, ikinci yer falana ümid edirdiksə, hər şey bitdi.

İndi ən yaxşı halda Estoniya ilə oyunlarda 6 və ya 4 xal qazanıb, C liqasında yerimizi qoruya bilərik.

Əslində, bu aqibəti futboldan azacıq anlayışı olan hər kəs görürdü.

İllərdir ona görə deyirik ki, bizim oyunçuların maksimumu budursa, bizə Foqts, Yurcevic, de Byazi, Santuş, nə bilim, hansısa quş, ümumiyyətlə, xarici məşqçi lazım deyil.

Əvvəlcə Avropa səviyyəli oyuncu yetişdirmək lazımdır, ondan sonra o futbolçulara məşqçilik edəcək avropalı məşqçi gətirmək.

Ay AFFA-nın səlahiyyət sahibləri, siz başa düşmürsüz ki, qrupda Estoniyanı qabaqlamaq üçün bizə xaricə məşqçi laızm deyil?

Bunu istənilən yerli məşqçi, hətta məşqçi olmadan belə, komanda özü bacarar. Yoxsa sizə belə sərf edir?

Axı kimdir, İcraiyyə Komitəsində oturub belə yaramaz qərarlara əl qaldıranlar?

Adlarını açıqlayın, bilək ki, kimdir ölkənin pulunu xaricilərə dağıtmaq istəyən, millətin söyüşünü, lənətini rahatlıqla qəbul edən?

Bilək də, kimlərdir!

Görünənsə budur ki, Rövşən Nəcəf AFFA-da özündən əvvəlkilərin səhvlərindən nəticə çıxarmayıb, əksinə, onların iziylə gedir.

Rövnəq Abdullayev kral söhbətini elə belə etməmişdi ki...

İlkin Fikrətoğlu

Digər Xəbərlər
Xəbər Lenti