“Qarabağ”ın futbolçuları istirahətə buraxılıb.
Sportinfo.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov “Sumqayıt” üzərindəki qələbədən sonra (1:0) yetirmələrinə dincəlmək imkanı yaradıb.
Bu müddət 3 günlük nəzərdə tutulub. Yəni komanda üzvləri oktyabrın 10-da bir araya gələcək. Milli komandaların sıralarına qatılan futbolçulardan başqa, digərləri cümə axşamından etibarən Qurbanovun sərəncamında olacaq.
Digər komandalar bu vaxt ərzində yoldaşlıq görüşünün keçirilməsində maraqlı olsa da, ağdamlılar yalnız məşq etməklə kifayətlənəcək. Hələ ki, hansısa sınaq matçı nəzərdə tutulmayıb.
“Köhlən atlar” növbəti görüşünü oktyabrın 18-də “Kəpəz”ə qarşı keçirəcək. Tovuz şəhər stadionunda baş tutacaq oyun saat 18:00-da start götürəcək.
HƏBİB