COP29

“Qarabağ”a nə olub” sualını verdik, “görəcəksiz” cavabı aldıq

17:00 Qarabağ 1 541
“Qarabağ”a nə olub” sualını verdik, “görəcəksiz” cavabı aldıq

“Qarabağ”ın cari avrokubok mövsümündəki nəticələri ortaya suallar çıxarır.

“Köhlən atlar” beynəlxalq arenalarda keeçirdiyi son 5 oyunda cəmi 1 qələbəyə sevinib.

Digər tərəfdən, son 4 oyunun hamısında məğlub olub.

Ötən mövsümlə müqayisədə heyətdə ciddi dəyişikliklər yaşanmayıb, əksinə, yeni transferlər həyata keçirilib ki, məntiqlə, “Qarabağ” indi daha parlaq görünməlidir?

Nə baş verir? Qələbə qazanmağa nə mane olur?

Komandanın xorvatiyalı qapıçısı Fabiyan Buntiç Sportinfo.az-a məlum mövzuyla bağlı danışıb:

“Avropa yarışları elədir ki, hər oyunda qalib gəlmək olmur. Buradakı rəqiblərin səviyyəsi və adı çox şeydən xəbər verir. Bəzən alındıra bilirik, bəzən yox.

Baxırsan ki, hansısa dönəmdə hər şey sənin xeyrinə işləyir. Bir də görürsən, tərsinə gedir. Bu aralar istədiyimiz nəticələri ala bilmiriksə, bu, dayanacağımız anlamına gəlməməlidir.

Daha çox çalışmalı, səhvlərimizi təhlil etməli və onlardan nəticə çıxarmalıyıq. Qara günlərin ömrü çox çəkməyəcək. Yenidən əvvəlki vəziyyətimizə qayıdacağıq. Görəcəksiniz”.

Avropa Liqasının Liqa mərhələsinin II turundan sonra xal yığa bilməyən “Qarabağ” 36 komanda arasında top fərqinə görə yalnız “Beşiktaş”la Kiyev “Dinamo”sunu qabaqlayır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti