COP29

“Qarabağ” dünya futbolunun ulduzunu Azərbaycana gətirir! - FOTO

13:00 Qarabağ 1 517
“Qarabağ” dünya futbolunun ulduzunu Azərbaycana gətirir! - FOTO

Karyerasını başa vurmuş dünya futbolunun ulduzlarından Məsut Özil Bakıya gəlir.

Sportinfo.az xəbər verir ki, səfərin təşkilatçısı “Qarabağ” Futbol Klubudur.

Klubun bununla bağlı yaydığı açıqlamada bildirilir:

Dəyərli azarkeşlərimiz!

Adını futbol tarixinə qızıl hərflərlə yazdırmış Mesut Özil qonağımız olacaq!

Komandamızın açıq məşqinin ardından dünya futbolunun sevilən ulduzu gənc futbolçularımızla əyləncəli oyunda üz-üzə gələcək! Bu maraqlı şounu qaçırmayın!

Sürprizlərlə və hədiyyələrlə zəngin futbol axşamı sizi gözləyir!

Tədbir oktyabrın 11-i, saat 16:30-da “Azersun Arena”da başlayacaq.

Giriş sərbəstdir

“Qarabağ” bütün futbolsevərləri stadionununa dəvət edib.

Digər Xəbərlər
Xəbər Lenti