COP29

“Qarabağ” indi 400 klub arasında neçənci yerdədir?

13:40 Qarabağ 1 004
“Qarabağ” indi 400 klub arasında neçənci yerdədir?

400 klubun yer aldığı Avropanın top-komandalarının reytinq siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın dörd komandası ən yaxşılar arasına daxil edilib.

278 xala malik "Qarabağ" 63-cü pillədə qərarlaşıb.

Qurban Qurbanovun çalışdırıcısı olduğu "Qarabağ" mövqeyini qoruyub. Komandanın xal hesabı da dəyişməyib.

"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsindəki ikinci rəqibi "Malmö" 170 xalla 83-cüdür. Ağdam klubu isveçliləri 20 addım qabaqlayır. Ötən turdakı rəqib "Tottenhem" 23-cü sırada qalıb - 701 xal.

Siyahıya 2 395 xala malik "Real Madrid" başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti