COP29

Bu adamı "Qarabağ"a kim calayıb?

11 Oktyabr 21:00 Qarabağ 19 284
Bu adamı "Qarabağ"a kim calayıb?

Nəhayət, Aleksey Kaşuku "Qarabağ" forması ilə meydanda görə bildik.

Ukraynalının yeni komandasında debüt matçı "Sumqayıt"la görüşə təsadüf etdi.

Onun özünü göstərməsi üçün rəqib də kifayət qədər münasib idi.

Lakin 61 dəqiqə meydanda olan yarımmüdafiəçi heç nə ilə yadda qala bilmədi.

Ukraynaya yola saldığımız Kaşuk hara, üstümüzə qayıdan indiki hara.

Arasında yerlə-göy qədər fərq var.

Yay fasiləsini tribunalarda matç izləməklə keçirən "21 nömrə" meydanda futbolçudan çox azarkeşə bənzəyirdi.

İlk hissədə Mossi ən azı 3 epizodda onunla birə-bir mübarizəni asanlıqla qazandı.

Qıvraq, çevik Kaşukdan əsər-əlamət qalmayıb. İki rəqibin arasından topu keçirib, amma özü yerdə qalanda bu daha aydın sezildi.

Sadə ötürmələrdə belə texniki səhvləri diqqətdən qaçmırdı.

Keçmişini tanımasan, düşünərsən ki, bu adamı "Qarabağ"a kim calayıb?

24 yaşlı legionerin "köhlən atlar"a keçidindən 1 ay sonra Qurbanovdan şans almasının səbəbi indi aydın oldu.

Debüt üçün 1 ay lazım oldu. Məncə, əsl Kaşuku görməyimizə bundan sonra həmin aydan bir neçəsi də mütləq lazım olacaq.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti