COP29

Tanınmış televiziya adami İDDİA ETDİ: “Qarabağ” onlara görə uduzur? - VİDEO

17:40 Qarabağ 1 326
Tanınmış televiziya adami İDDİA ETDİ: “Qarabağ” onlara görə uduzur? - VİDEO

"Qarabağ"ın bəzi futbolçularında səhlənkarlıq hiss olunur".

Bu fikir ATV kanalında yayımlanan “Futbolumuz” verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.

O, Ağdam klubunun Avropa Liqasının Liqa mərhələsinin 2-ci turunda “Malmö”yə Bakıda 1:2 hesablı məğlubiyyətinin səbəblərini açıqlayıb.

Tanınmış teleşərhçi “köhlən atlar”ın bəzi aparıcı futboilçularının oyununda eniş olduğunu bildirib.

Rzayev qeyd edib ki, Juninyo, Yassın Benzia, Julio Ramao və Abdulla Zubir əvvəlki istəklə mübarizə aparmır.

Aparıcı onlarda müşahidə edilən geriləmənin komandanın ümumi çıxışına mənfi təsirini önə çəkib.

Vurğulayıb ki, “Qarabağ”a dəstək üçün stadiona toplaşan azarkeşlər buradan kor-peşman ayrılıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti