COP29

"Qarabağ"ı udmağımızı sürpriz deyildi, çünki biz də yaxşı komandayıq"

19:20 Qarabağ 763
"Qarabağ"ı udmağımızı sürpriz deyildi, çünki biz də yaxşı komandayıq"

"Malmö"nün müdafiəçisi Yens Striger Larsen sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, danimarkalı Avropa Liqasında "Qarabağ"a qarşı keçiriləcən görüşü barədə fikirlərini bildirib.

O, Bakıda qazandıqları qələbə haqda bunları deyib:

"Qarabağ"la görüşdə qalib gəldiyimiz üçün şadam. Açığı, Bakıda bizim üçün vacib olan qələbə əldə etdik.

Lakin çətin oldu. Meydanda əsl mübarizə getdi, ancaq sonda qələbə qazanmağı bacardıq.

Oyunun çətin keçməsinin səbəbi "Qarabağ"ın çox yaxşı komanda olmasıdır. Doğrudur, ilk turda "Reyncers"ə qarşı oyun da asan alınmamışdı.

Amma bu iki oyun arasında müqayisə apara bilməyəcəm. "Qarabağ" nə qədər güclü komanda olsa da, Bakıya qələbə üçün yollanmışdıq.

Amma bu matçdakı qələbə sürpriz deyildi. Çünki biz özümüz də yaxşı komandayıq. Artıq qarşıdakı matçları düşünəcəyik".

"Qarabağ" Bakıda "Malmö"yə 1:2 hesabı ilə uduzub. Azərbaycan çempionu növbəti görüşünü bu ayın 24-də "Ayaks"a qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti