"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə bir həftə yaşıl meydanlardan uzaq qalacaq.
Sportinfo.az xəbər verir ki, 27 yaşlı müdafiəçi vropa Liqasının Liqa mərhələsinin "Malmö" ilə oyununda (1:2) zədə alıb.
Aparılan müayinədən sonra onun çanaq əzələsində dartılma müəyyən edilib.
B.Mustafazadə zədə səbəbindən Azərbaycan millisinin heyətindən çıxarılıb.