COP29

“Qarabağ” 5 il qabaq bu qapını üzünə açdı, indi də...

8 Oktyabr 00:50 Qarabağ 1 972
“Qarabağ” 5 il qabaq bu qapını üzünə açdı, indi də...

Azərbaycan Premyer Liqasının IX turu “Qarabağ”ın futbolçusu Toral Bayramov üçün əlamətdar olub.

Sportinfo.az-ın Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən məlumatına görə, o ölkə çempionatlarında 100-cü oyununu keçirib.

23 yaşlı müdafiəçinin yubileyi “Sumqayıt”la səfər matçına təsadüf edib. 100 görüşdə 15 qol vuran futbolçu yalnız bir komandada forma geyinib.

Bütün oyunlarını “Qarabağ”ın heyətində keçirən Toralın debütü 2019/2020 mövsümündə gerçəkləşib. O, 2019-cu il sentyabrın 23-də, “Zirə” ilə səfər qarşılaşmasında (3:1) meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti