Avropa Liqasının Liqa mərhələsində 2-ci turunun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, “Qarabağ” da bu turnirdə növbəti oyununa çıxıb.
Ağdam klubu İsveçdən “Malmö”nü qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunu Yunanıstandan olan hakimlər briqadası idarə edib.
Hər iki komanda Avroliqanın Liqa mərhələsinə uğursuz start vernişdi.
Azərbaycan çempionu İngiltərədə “Tottenhem”ə 0:3 hesabıyla uduzmuşdusa, “Malmö” doğma meydanda Şotlandiya “Reyncers”inə məğlub olmuşdu – 0:2.
Bu oyunda isə “Malmö” “Qarabağ” üzərində əzmkar qələbəyə sevinib – 2:1.
Nüfuzlu “Flashscore” saytı komandamızda ən aşağı qiyməti Elvin Cəfərquliyevə verib. Cinah müdafiəçisinin çıxışı 6,1 xalla dəyərləndirilib.
Qapıçı Buntiçin də oyunu zəif görülüb. O, Cəfərquliyevdən sonra ən aşağı qiymət alan futbolçu olub (6.,2).
Ağdam klubunun ən yaxşısı Julio Romao seçilib. Braziliyalıya çıxışına görə 7,1 bal verilib.