COP29

“Qarabağ”lı hücumçu 2024-cü ildə ən çox qol vuranların siyahısında - FOTO

00:50 Qarabağ 202
“Qarabağ”lı hücumçu 2024-cü ildə ən çox qol vuranların siyahısında - FOTO

“Qarabağ”ın hücumçusu Juninyo 2024-cü ildə ən çox qol vuran futbolçular sırasında yer alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyası Tarixi və Statistikası (İFFHS) məlumat yayıb.

Cədvələ 22 və daha çox qol vuran 52 oyunçu düşüb. Ağdam təmsilçisinin hücumçusu Olavio Juninyo isə 23 qolla 33-cü sırada yer alıb.

O, Premyer Liqada 9, ölkə kubokunda 5, avrokuboklarda 9 qola imza atıb.

Siyahıya İsveç millisinin və “Sportinq” klubunun üzvü Viktor Qyökeres başçılıq edir. O, 40 qolla liderliyi ələ keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 18:10 Çək və bizə göndər!
4 Oktyabr 11:00 Bir bax ki…TƏKLİF!
4 Oktyabr 10:00 Milliyə çağırılmayacaq