“Evdə, doğma azarkeşlərimizin qarşısında oynayırdıq.
Məqsədimiz qalib gəlmək idi, alınmadı”.
“Qarabağ”ın qapıçısı Fabiyan Buntiç Sportinfo.az-a komandasının “Malmö”yə məğlubiyyətini şərh edib.
Hesabı təmsilçimiz açsa da, İsveç çempionu irəliləyən dəqiqələrdə 2 qol vuraraq qələbə qazanıb.
Xorvatiyalı kiper yenilgiyə səbəb kimi rəqib komandanın heyətindəki futbolçuların ustalıq səviyyəsini və özlərinin yol verdikləri nöqsanları göstərib:
“İsveçin ən güclü və titullu komandasına qarşı oynayırdıq. Hücum qurmaqlarından, topla rəftarlarından hiss olunurdu ki, təcrübəli kollektivdir, yüksək keyfiyyətə sahibdir.
Ustalıq səviyyəsi hesabına ən kiçik epizodlardan qollar vurdular. Buraxdığımız qollar zamanı onlara boşluqlar verdik deyə, məksimum yararlandılar.
Onsuz da, onlar bizdən bunu gözləyirdilər. Gördüyünüz kimi, oyunboyui nəzarət tərəfimizdə idi.
Rəqib əsasən əks-hücumlara bel bağlayırdı. Qarşıda daha 6 oyunumuz var.
Səhvlərimizdən nəticə çıxarıb həmin matçlarda azarkeşlərimizi sevindirməyə çalışacağıq”.
Avropa Liqasının Liqa mərhələsinin II turundan sonra aktivində xal olmayan “Qarabağ”36 komanda arasında sonunculardandır.
HƏBİB