“Azarkeşlər tribunalarda hop qalxıb, hop oturdular.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun da azarkeşlərdən heç bir fərqi yox idi.
Məşqçilər korpusu 70 dəqiqə müddətində azarkeş kimi matçı izlədi. Mövsümün əvvəlində transferin mütləq olduğunu dedik.
Aylardır futbol oynamayanları transfer etmək Avropada adından söz etdirən komandaya yaraşmır. Sanki “Qarabağ” reabilitasiya mərkəzidir”.
Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış journalist Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində keçirilən “Qarabağ” – “Malmö” (1:2) matçı haqda danışıb.
O, “köhlən atlar”ın motivasiyasız və ruhsuz təsir bağışladığını bildirib.
Komandamızın oyun planı, rəqibi analiz baxımından müxtəlif fikirlər səsləndirən Cəfərov baş məşqçi Qurban Qurbanovun meydana çıxardığı start “11-liy”i və əvəzetmələrdəki gedişlərə sərt şəkildə etirazını dilə gətirib.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN