Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan təmsilçisi “Qarabağ” Avropa Liqasında Liqa mərhələsinin II turunda növbəti oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda İsveç “Malmö”sünü qəbul edən Qurban Qurbanovun komandası rəqibinə 1:2 hesabı ilə uduzub.
Bununla da Ağdam klubu son dörd avrokubok matçında meydandan məğlub ayrılıb. Ümumilikdə isə bu mövsüm meydanda yeni formalarla çıxan “Qarabağ” avrokuboklarda son üç ev oyununda qələbəyə həsrət qalıb.
“Qafqazinfo”nun fotoqrafı Pərvin Zeynalın qarşılaşmadan lentə aldığı fotoları təqdim edirik: