COP29

"Qarabağ"ı məcbur etdik ki…"

00:00 Qarabağ 172
"Qarabağ"ı məcbur etdik ki…"

"Malmö" Avropa Liqası Liqa fazasının 2-ci turu çərçivəsində Bakıda "Qarabağ"ı 261 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, İsveç təmsilçisinin baş məşqçisi Henrik Ridström matçdan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bilirdik ki, çətin oyun olacaq. Həqiqətən də belə oldu. "Qarabağ" çox güclü, gözəl komandadır. Onların yaxşı oyunçuları var. Elə anlar oldu ki, çox çətinlik çəkdik. Komandamın oyunundan razıyam. Biz qələbəyə layiq idik. Qalib də gəldik.

- "Reyncers"lə oyunla müqayisədə bu dəfə nə fərqli oldu?

- Bu gün daha yaxşı müdafiə olunduq. Topla çox soyuqqanlı hərəkət etdik. Oyunun sonunda rəqib bizi sıxdı. Ona qədər hücumlarımız kəsərli idi, "Qarabağ"ı bir çox hallarda müdafiəyə oturmağa məcbur edirdik.

- Belə olacağını ehtimal edirdiz?

- Bəli. "Qarabağ" güclüdür. Oyun planını elə qurduq ki, əks-hücumları nəzarətdə saxlayaq. "Reyncers"lə oyundan razı deyildim. Bu gün daha məntiqli oynadıq.

- "Qarabağ"ın forvardı Musa Qurbanlı "Yurqorden"də bir sezon oynayıb geri qayıtdı. Sizcə, bir azərbaycanlının Skandinaviya futboluna öyrəşməsi üçün nə lazımdır?

- Demək çətindir. Skandinaviya ölkələrində fiziki aspektdən hazır olmalısan. Bu gün texniki məqamlar nəzərə çarpdı. Amma Norveç və İsveçdə fiziki hazırlıq tələb olunur.

Digər Xəbərlər
Xəbər Lenti
3 Oktyabr 22:20 Problem tək Emindirmi?
3 Oktyabr 16:30 Çək və bizə göndər!