COP29

Azərbaycan klubunun matçına 24 min bilet satıldı

17:20 Qarabağ 363
Azərbaycan klubunun matçına 24 min bilet satıldı

Avropa Liqasının Liqa mərhələsinin II turunda bu gün baş tutacaq "Qarabağ" - "Malmö" (İsveç) matçına 24 min bilet satılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam təsmilçisinin mətbuat xidməti məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 20:45-də səsləndiriləcək.

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və 20:45-də başlayacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVİP C və VVİP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Digər Xəbərlər
Xəbər Lenti