“İngiltərə Avropada yeganə ölkədir ki, burada qona komandanı polis müşayət etmir”.
Bu açıqlama ATV kanalında yayımlanan “Futbolumuz” verlişində səsləndirilib.
Aparıcı Ceyhun Rzayev və ekspert Emin Abbasov Londonda tıxaca düşən, 2,5 saat yolda qalan “Qarabağ”ın ciddi problem yaşadığını bildirib.
Onların dediyinə görə, Avropa Liqasının Liqa mərhələsinin “Tottenhem”lə ilk tur matçının nəzərdə tutlan vaxtdan 35 dəqiqə gec başlaması “köhlən atlar”ın psixoloji və fiziki durumuna mənfi təsir göstərib.
Verlişin iştirakçıları Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun bununla bağlı söylədiyi fikirlərin həqiqəti tam əks etdirdiyini söyləyiblər.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN