COP29

Isveç klubunun “beyin adamı” “Qarabağ”da ən çox bu futbolçudan qorxur

3 Oktyabr 19:20 Qarabağ 1 195
Isveç klubunun “beyin adamı” “Qarabağ”da ən çox bu futbolçudan qorxur

“Malmö”nün analitiki Mak Pahey bu gün komandasının Avropa Liqasının əsas mərhələsinin 2-ci tur matçında qarşılaşacağı "Qarabağ" haqda fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən İsveç klubunun analitiki Ağdam klubunun futbolçusu haqda da danışıb:

"Qarabağ” futbol oynamağı sevən komandadır. Onların hücum mövqeyində çoxlu texniki oyunçuları var.

“Qarabağ”da həm də cinah boyu qaçmağı və hücumlara qoşulmağı sevən çox aktiv müdafiəçiləri var. Yəni onlar daim hücumu düşünən komandadır.

Onlar bir az “Hekken”ə bənzəyir. Sadəcə, onların oyunçuları daha çox fərdi azadlıqlara malikdirlər.

“Hekken” mövqe oyununda bir qədər sərt, “Qarabağ” isə sıx oynayır. Bu, bizim üçün yaxşı sınaq olacaq. Kimə diqqət etməlisiniz?

Yasin Benzia deyərdim. Riyad Mahrezlə birlikdə Əlcəzair millisində birlikdə oynayır.

O, topda olmağı, epizod yaratmağı sevir, ona görə də Benziyaya diqqət etməliyik”.

Digər Xəbərlər
Xəbər Lenti