COP29

“Malmö”nün prezidenti “Qarabağ”a böyük “tərif biçdi”, amma..

3 Oktyabr 16:20 Qarabağ 1 466
“Malmö”nün prezidenti “Qarabağ”a böyük “tərif biçdi”, amma..

"Bu gün bizi çox çətin oyun gözləyir.

Buradan üç xalla qayıtmaq istəyirik. Komandama inanıram”.

Sportinfo.az xəbər verir ki, bu sözləri "Azərtac"a açıqlamasında İsveçin "Malmö" klubunun prezidenti Anders Palsson Avropa Liqasının əsas mərhələsinin 2-ci turunda bu gün Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.

O, Azərbaycan təmsilçisinin güclü komanda olduğunu bildirib:

"Rəqibimiz ilk turda "Tottenhem"ə qarşı səfər matçında yaxşı mübarizə apardı. Qol fürsətləri çox olsa da, dəyərləndirə bilmədilər, sadəcə, həmin gün bəxt "Qarabağ"ın yanında deyildi".

Funksioner Ağdam klubunu texnikalı komanda adlandırıb:

"Qarabağ" komanda şəklində müxtəlif komponentlərdə yaxşı təsir bağışlayır. Sürətli oyunçuları var.

Bunun sayəsində hücumlara daha tez çıxırlar. Həmçinin böyük avrokubok təcrübəsinə sahibdirlər. Həqiqətən də “Qarabağ” çox keyfiyyətli komandadır”.

Anders Palsson komandasının Avropa Liqasındakı şanslarını da dəyərləndirib:

"Fikrimcə, hər oyunda qalib gələ bilərik. Çünki komandanın Çempionlar Liqası, eləcə də Avropa Liqasında böyük təcrübəsi var.

Bu gün də "Qarabağ"la oyunda ən yaxşı nəticə üçün çalışacağıq".

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Malmö” oyunu saat 20:45-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti