"Qarabağ" bu gün Avropa Liqasının Liqa mərhələsində ilk ev matçına çıxacaq.
"Atlılar" doğma divarlar arasında "Malmö"nü qəbul edəcək.
İsveçlilərlə qarşılaşmadan öncə "Qarabağ"ın sabiq üzvü Elvin Məmmədov Sportinfo.az-a açıqlama verib.
Veteran yarımmüdafiəçi ilk olaraq şansları dəyərləndirib:
"Qarabağ"a uğurlar arzu edirəm. İnanıram ki, komandamız qələbə qazanacaq. Meydan amili əsas üstünlük sayıla bilər. Nəzərə alaq ki, "Qarabağ" evdə uğurlu çıxış edir. Belə oyunlar üçün yaxşı təcrübəmiz var. Qurban Qurbanovun kollektivi 30 min azarkeşi arxasında hiss edərək ilk 3 xalını qazana biləcək".
Hazırda "Qarabağ" üçün "qara zolaq" yaşandığını demək olar. "Köhlən atlar" son 3 avrokubok görüşündə nəinki qələbə qazanıb, hətta qol belə vura bilməyib. Maraqlıdır, belə psixoloji yük altında meydana çıxmaq futbolçulara mane ola bilərmi?
Məmmədovu dinləyək: "Bəli, son oyunlardakı şanssızlıq xoş hal deyil. Futbolçuların özgüvənin azalda bilər. Amma bu "Qarabağ"dır. Kollektiv çox bərkə-boşa düşüb. İnanıram ki, bu çatışmazlığın da öhdəsindən öhdəsindən gələ biləcəklər".
XANOĞLAN