“Düşünürəm ki, matçın favoriti “Qarabağ”dır.
Rəqibin hücuma çıxarkən, itirilən toplardan sonra geridönüşlərində problem var.
Adətən, 6 futbolçu ilə hücum fazasında çoxalan “Malmö” topu itirdikdən sonra basqı edərək həmin zonada yenidən ona sahib olmağa çalışırlar.
O basqıdan sürətli ötürmələrlə çıxdıqda, müdafiə ilə hücum arasında təxminən 45 metrlik boş zona yaranır. M
əhz bundan da Qurban Qurbanovun komandası məharətlə istifadə edə bilər. Beləliklə, oyunu meydanın rəqibə aid hissəsində topu saxlamaqla rahat qol epizodları yarada bilərik”.
Bu açıqlama ilə “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov çıxış edib.
Tanınmış jurnalist Avropa Liqasının əsas mərhələsinin 2-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Malmö” qarşılaşması barədə danışıb.
İsveç klubunun hava toplarından daha hazırlıqlı olduğunu deyən Cəfərov komandamızın hansı formalarda rəqibə çətinliklər yaşadacağının reseptini də diqqətə çatdırıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN