COP29

İlkin Fikrətoğlu – Bu problemi Qurban Qurbanov həll etməlidir, başqası yox!

17:40 Qarabağ 448
İlkin Fikrətoğlu – Bu problemi Qurban Qurbanov həll etməlidir, başqası yox!

“Tottenhem” – “Qarabağ” matçı artıq başlamamış Avropanın futbolla maraqlanan kəsiminin diqqətini çəkmişdi.

London yollarındakı tıxac üzündən “Qarabağ” stadiona gec çatdığından, oyunun nəzərdə tutulduğundan 35 dəqiqə keçmiş başladılmasına qərar verilmişdi.

Dünya futbolunda nadir hallarda rast gəlinən hadisə olsa da, Londondakılar üçün heç də gözlənilməz deyildi.

Ümid edirdik ki, yekun nəticəsi ilə də bu qarşılaşma Avropa, lap elə dünya azarkeşlərinin diqqətini çəkəcək. Bu ümid 7-ci dəqiqədə Radu Draquşin qırmızı vərəqə alıb “Tottenhem”i azlıqda qoyanda, bir qədər də artdı.

Amma tezliklə ingilislər futbolu necə yaratdıqlarını bizimkilərə əyani şəkildə başa salmağa başladılar. Sanki meydanda azlıqda “Tottenhem” yox. “Qarabağ” idi.

12-ci dəqiqədə Julio Romao pressinqdən başını itirib səhvə yol verdi, rəqibə də elə bu lazım deyildimi? 23 yaşlı Brenan Conson qapını dəqiqiliklə nişan aldı.

“Tottenhem”in təzyiqi, pressinqi “Qarabağ” üçün vahiməli idi. Futbolçularımız bu təzyiqin qarşısında tez-tez top itkilərinə yol verir, səhv səhvin ardınca gəlirdi.

23-cü dəqiqədə Elvin Cəfərquliyev sarı vərəqə alanda, əksəriyyətimizi bir qorxu bürüdü ki, vəssalam.! Cəfərquliyev növbəti “qırmızı”ya hazırlaşır.

Amma şükür ki, belə olmadı. Əksinə, Elvin həmin gün ən yaxşı oynlarından birini keçirdi.

İngilis komandasıyla görüşdə “birdən sürətdə çatdırmaram, geri qayıda bilmərəm” düşüncəsini beynindən çıxarıb cəsarətlə hücumlara qoşuldu, penalti qazandı, qapının “doqquzluğ”una zərbə vurmağa imkan tapdı.

Təəssüf ki, Elvində gördüyümüz cəsarət və özünəinamı Toral Bayramovda görmədik. “Qarabağ” və millidə qazandığı beynəlxalq oyun təcrübəsi sanki yoxmuş kimi idi.

Birinci hissədə nə Juninyoya ötürmə verdi, nə də özü fərli bir zərbə vurdu, nəticədə 100 faizlik qol imkanını hec etdi.

58-ci dəqiqədə Cəfərquliyevin qazandıığı penalti epizodunda isə artq Toral topu götürəndə sanki 100 ilin ölüsü kimi görünürdü.

Həyacan, həyacan, həyacan...

Güman ki, həyacandan fikrini qətiləşdirə bilmədi və topu yolladı Temza çayına.

Toral indiyədək penalıtilərdə səhv etməyib, “Neftçi”dən, “Kəpəz”dən tutmuş. “Bayer Leverkuzen”, “Olimpiya Lyublyana”, “HİK Helsinki”yə qədər hamıya penaltidın qol vurub.

Amma bu dəfə “Tottenhem Hotspur”dakı təzyiqi qaldıra bilmıdi.

Məncə, penaltini Yassin Benziya vurmalı idi. Adam “Lion”, “Lill”, “Fənərbaxca” və Əlcəzair millisylə belə gərgin oyunları çox görüb, ona görə, daha təmkinli və soyuqqanlıdır.

Qaçırılan penalıtiyə qədər “Tottenhem” artıq hesabı 2:0 etmişdi. Qurban Qurbanov yalnız bundan sonra hec cür oyuna qoşula bilıməyən Toralı yeni transfer Emmanuel Addai ilə əvəzlədi.

Avrokuboklarda ilk oyunu olmasını nəzərə alsaq, qanalı forvard pis təsir bağışlamadı. Pis təsir bnağışlayan qapıçımız Mateuş Koxalski oldu -

“Qarabağ”ın bu yay ən bahalı transferi. Tərifləməkdə tələsmişik, deyəsən.

İkinci və üçüncü qollar polşalı qolkiperimizin səhvi idi. Hələ birinci hissədə topa bir biabırçı çıxışı da vardı.

Yaxşı ki, həmin hücum qol olmadı. Polyak qolkiper özü də çox həyəcanlı görünürdü.

Təbiidir, 24 yaşı var, ilk dəfə vətənindən kənara çıxır, ilk dəfə avrokubok sezonu yaşayır, özü də necə rəqiblə oyunda?!

Polşada I L iqa komandası “Radomiak”da, Ekstraklassanın autsayderi “Stal Mielst”də oynamaq hara, Avroliqada yorulmaq bilməyən “Tottenhem”in futbolçularına qarşı oynamaq hara?!

Bu qapıçı qarşıdakı oyunlarda başımızı cəncələ salmasa, yaxşıdır. Adətən, belə matlarda Zubir, Benzia və ya Junoinyo oyunun üzərinə götürür.

Amma Zubiri meydannda silmişdilər sanki. İngilislərin qarşısında minifutbol, futzal driblinqləri keçmir.

Juninyo da ayağına düşən yeganə real qol şansını qaçırdı və bununla, “Qarabağ”ın Londonda qol vurmadan məğlubiyyəti rəsmiləşdi – 0:3.

“Bayer Leverkuzen” və ”Braqa” matçlarındakı eyforiyadan hələ ayılmayan bəzilərinə yəqin indi aydın oldu: “Qarabağ” niyə illərdir Çempionlar Liqasında qrup mərhələsinə qala bilmir.

Bu, hələ hazırda cətin dövrünü yaaşayan “Tottenhem”dir ha! “Mançester Siti”, “Liverpul” falan deyil. Demək, “Qarabağ” yenə o səviyyəyə çatmayb.

Özünə bab bir rəqbin olmadığı ölkə çempionatında oynamasını nəzərə alsaq, heç o səviyyəyə cata da bilməz. “Qarabağ” “Tottenhem”ə oyunçulaırn səviyyəsinə görə uduzdu, tıxacda qalmağa görə yox.

Bütün oyunu 1 nəfər azlıqda oynayıb, 3 cavaslız qol vurmaq - buna məhlə futbolunda “fora “ilə qalib gəlmək” deyirlər.

Aramızdakı fərq o qədər böyükdür ki, ingilislər hətta azlıqda qalanda belə, oyuna dominantlıq edib, istədiyi nəticəni, az qala meydanda gəzə-gəzə qazandı.

“Dinamo Zaqreb”lə iki qarşılaşmanı da nəzərə alsaq, “Qarabağ” avrokuboklarda 270 dəqiqədir qol vurmursa, 3 matça qapısından 8 qol buraxırsa, deməli, oyun planında nələrsə qaydasında deyil.

Bunu həll etmək artıq Qurban Qurbanovun işidir.

Bizə isə Avroliqanın hazırkı turnir cədvəlində 36 komanda arasnda 25-ci olan “Qarabağ”a baxıb ah çəkmək və oktyabrln 3-də Bakıda “Malmö”ylə keçiriləcək matça ümidlı baxmaq qalır.

İlkin Fikrətoğlu

Digər Xəbərlər
Xəbər Lenti