COP29

“O, "Qarabağ" üçün yaxşı transferdir, perspektivli futbolçudur”

01:50 Qarabağ 159
“O, "Qarabağ" üçün yaxşı transferdir, perspektivli futbolçudur”

Ukrayna Premyer Liqasında mübarizə aparan "Krivbass"ın məşqçisi, "Qəbələ"də oynamış Vitali Vernidub sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionatını yaxından bələd olan Vernidub "Qarabağ"ın yeni transferi Aleksey Kaşuk barədə danışıb.

O, həmyerlisinin Ağdam klubunda uğurlu çıxış edəcəyinə inandığını deyib:

"Bəli, Aleksey Kaşukun "Qarabağ"a keçidindən xəbərdaram. Məncə, "Qarabağ" üçün yaxşı transferdir.

Çünki Aleksey perspektivli, gənc futbolçudur. Yetərincə yaxşı oyunçudur, böyük perspektivə malikdir.

Kaşukun keyfiyyəti və səviyyəsi yüksəkdir. Məncə, Kaşukun transferi "Qarabağ" üçün yaxşı müsbət təsirini göstərəcək. Ona da uğurlar arzu edirəm".

24 yaşlıyarımmüdafiəçi 2027-ci il iyunun 30-na qədər "Qarabağ"a məxsusdur.

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 08:50 Azərbaycanda 32-ci komanda
1 Oktyabr 03:30 II Liqada V təyinatları
1 Oktyabr 01:40 Haradasan, ay Ferqyuson?