COP29

"Qarabağ" yunanlara tapşırıldı - "Malmö" ilə oyunda

14:20 Qarabağ 141
"Qarabağ" yunanlara tapşırıldı - "Malmö" ilə oyunda

"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsinin II turunda “Malmö”yə (İsveç) qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, oktyabrın 3-də Bakıda baş tutacaq görüşə Yunanıstandan olan ədalət təmsilçiləri təyinat alıblar.

Qarşılaşmanı Anastasios Papapetru idarə edəcək. Trifon Petropulos və Yordanis Aptosoqlu baş hakiminin köməkçiləri olacaqlar.

Alexandros Tsakalidis dördüncü hakim funksiyasını yerinə yetirəcək.

VAR hakimi Angelos Evangelu, onun köməkçisi isə Athanasios Tzilos olacaq. Loran Duhamel (Fransa) hakim-inspektor, Aleksandr Keplin (Qazaxıstan) UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 19:20 Mahir Emreli 3 ad çəkdi