COP29

"Qarabağ" 400 klubun yer aldığı top-komandaların siyahısında neçəncidir?

14:20 Qarabağ 220
"Qarabağ" 400 klubun yer aldığı top-komandaların siyahısında neçəncidir?

Avropanın 400 klubunun yer aldığı Avropanın top-komandalarının reytinq siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın dörd komandası ən yaxşılar arasına daxil edilib.

278 xala malik "Qarabağ" 63-cü pillədə qərarlaşıb.

Qurban Qurbanovun çalışdırıcısı olduğu "Qarabağ" Avropa Liqasında "Tottenhem"ə 0:3 hesabı ilə uduzsa da, mövqeyini qoruyub. Komandanın xal hesabı da dəyişməyib.

Üç pillə geriləyən "Neftçi" 19 xalla 253-cü sıradadır. 15 xalı olan "Sabah" 270-cidir. Paytaxt təmsilçisi yeddi pillə irəliləyib.

Bir xal geri qalan "Zirə" 281-ci pillədə yer alıb. Qəsəbə klubu iki addım geriləyib.

"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsindəki ikinci rəqibi "Malmö" 170 xalla 83-cüdür. Ağdam klubu isveçliləri 20 addım qabaqlayır. Ötən turdakı rəqib "Tottenhem" 23-cü sırada qalıb - 701 xal.

Siyahıya 2 395 xala malik "Real Madrid" başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti