COP29

Qurban Qurbanov: “Heç kim məndən inciməz, bizə nə olub ki?”

09:20 Qarabağ 193
Qurban Qurbanov: “Heç kim məndən inciməz, bizə nə olub ki?”

"Gürcüstanda futbola baxış, yanaşma fərqlidir.

Onlarda sanki valideyin qarışıq fikri ancaq övldadının harasa gedib oynamasıdır.

Bəzi gürcü fubtolçular var, potensialı aşağıdır, amma böyük şeylər fikirləşir. Fundament elə qurulub ki, futbolla daha çox yaşayırlar".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Gürcüstan futbolunun Azərbaycandan daha irəlidə olması ilə bağlı sualı cavablandıran mütəxəssis qonşu ölkədə bu idman növünə fərqli gözlə baxıldığını bildirib:

"Orada federasiyada futbolçular çoxdur. Kaxa Kaladzenin mer olması bəlkə futbola diqqəti çoxaltdı.

İmkanları bizdən daha çoxdur, Avropaya çıxışları var, Avropa klubları ilə ünsiyyətləri daha çoxdur.

Ola bilər ki, milli komandaya öz güclərini verdilər, nəinki klub səviyyəsinə. Format olaraq, iclaslarımızda bütün ölkələrin strategiyası ilə maraqlanırıq.

Gürcüstan, Belçika, Danimarka, filan müzakirə olunur. Hansı ki, onların təcrübəsindən nəsə əldə etmək olar.

Pis düşüncələr yoxdur. Sadəcə, qalır onları həyata keçirmək.

Real baxmalıyıq, Gürücstanda futbola sevgi, insanların futbolla yaşaması bizdən daha çoxdur. Heç kim də məndən inciməz.

Biz niyə yox? Bizə nə olub ki? Çox şey əldə edə bilərik. O qədər üstün sahələrimiz var.

Güləşdə, cüdoda, hansısa idman növündə əsgərlərimiz, döyüşçülərimiz var. Çətinlikdən qorxan xalq deyilik.

Nəsə düzgün addım atmaq lazımdır ki, hamı futbolla yaşasın".

Digər Xəbərlər
Xəbər Lenti