COP29

"Qarabağ"a aid diqqət yetirilməyən ən vacib məqam – O, nə etsin?

02:10 Qarabağ 100
"Qarabağ"a aid diqqət yetirilməyən ən vacib məqam – O, nə etsin?

"Tottenhem" - "Qarabağ" matçında bəlkə də heç kimin diqqət etmədiyi, amma ən maraqlı məqam görüşün baş hakimi Villi Delajo ilə bağlıdır.

Fransalı hakim azərbaycanlı futbolsevərlərə heç də yad deyil.

Villi Delajo 2023-cü ildə UEFA Avropa Liqasının pley-off mərhələsində Finlandiyanın HIK komandası ilə qarşılaşan "Qarabağ"ın görüşünü də idarə etmişdi.

Bir il öncə HIK - "Qarabağ" görüşünü idarə etmiş fransalı hakim qarşılaşmada verdiyi qərarlarla azərbaycanlı futbolsevərlərin rəğbətini qazana bilmişdi.

Belə ki, 2023-cü il avqustun 17-də keçirilən görüşün 16-cı dəqiqəsində HIK klubunun futbolçusu Kuassavi-Benissana ikinci sarıdan sonra qırmızı vərəqə göstərən hakim, daha sonra ilk hissənin əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə rəqib qapısına penalti təyin etmişdi.

Həmin hakim "Tottenhem" - "Qarabağ" görüşündə komandamıza istəməyərək də olsa, eyni köməyi etmiş oldu.

Belə ki, Villi Delajo qarşılaşmanın 8-ci dəqiqəsində Draqusinə qırmızı vərəqə göstərib, daha sonra isə 58-ci dəqiqədə rəqib qapısına penalti təyin etdi.

Xatırladaq ki, hakimin köməyinə rəğmən Toral Bayramov "Tottenhem"in qapısına təyin olunan penaltidən fərqlənə bilməyib, Olavio Juninyonun qolu isə ofsayd səbəbindən qeydə alınmayıb.

"Tottenhem" - "Qarabağ" görüşü "mahmızlar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb (oxu.az).

Anar Həsənov

Digər Xəbərlər
Xəbər Lenti