COP29

“Qarabağ”ın oyunçusu bunu bizə söylədi: “YORĞUNUQ”

16:30 Qarabağ 218
“Qarabağ”ın oyunçusu bunu bizə söylədi: “YORĞUNUQ”

London səfərində “Tottenhem”ə 0:3 hesabı ilə məğlub olan “Qarabağ”ın növbəti rəqibi “Sabah”dır.

Ağdamlıların çempionluq yolundakı əsas rəqiblərindən sayılan “tələbələr”lə oyunun gərgin və çətin keçəcəyi məlumdur.

Cümə axşamkı şanssız məğlubiyyət, yol yorğunluğu, matça hazırlaşmaq üçün vaxtın az olması, üstəgəl, oktyabrın 3-də “Malmö”ylə matç “Qarabağ”lıların ziyanına işləyəcək.

Buna baxmayaraq, hədəf dəyişməz qalır – “Sabah”ı məğlub etmək.

“Köhlən atlar”ın əsas simalarından olan müdafiəçi Bəhlul Mustafazadə Sportinfo.az-a açıqlamasında qarşıdakı oyunla bağlı danışıb:

“İngiltərəyə uzun yolçuluğumuz olub və səfərdə “Tottenhem” kimi rəqibə qarşı 90 dəqiqə mübarizə aparmışıq. Təbii ki, müəyyən yorğunluq var və bu, normaldır.

Vaxtımız az olsa da, oyuna tam hazır olmaq üçün maksimum dərəcədə hazırlaşacağıq. Məqsədimiz dəyişməz qalır – qələbə qazanmaq”.

Sentyabrın 29-da “Azərsun Arena”da keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti