COP29

“Qarabağ”lı legioner “Mançester Yunayted”in ulduzundan qabağa getdi

15:40 Qarabağ 151
“Qarabağ”lı legioner “Mançester Yunayted”in ulduzundan qabağa getdi

Avropa Liqasının 1-ci turundan sonra statistik göstəriciləri açıqlayıb.

Sportinfo.az xəbər verir ki, yarışda ən çox künc zərbəsi yerinə yetirən futbolçular sırasında "Qarabağ"ın oyunçusu da yer alıb.

Əlcəzairli Yassin Benzia bu göstəricidə TOP-5-in lideridir. 30 yaşlı yarımmüdafiəçi turnirin əsas mərhələsində 7 dəfə korner yerinə yetirib.

Bu, “Tottenhem”lə Londondakı görüşdə baş verib. Həmin oyunda “Qarabağ” 0:3 hesabı ilə uduzub.

"Mançester Yunayted”dən Kristian Eriksen də 7 dəfə künc zərbəsi yerinə yetirib. O, siyahıda 2-ci qeyd olunub.

“Qalatasaray”dan Dris Mertens (6), “Mityülland”dan Dario Osorio (6) və “Hoffenhaym”dan Tom Bişof (5) sonrakı yerləri tutublar.

Digər Xəbərlər
Xəbər Lenti