COP29

“Qarabağ” buna görə uduzdu – Qəsdən etdilər ki...”

02:10 Qarabağ 137
“Qarabağ” buna görə uduzdu – Qəsdən etdilər ki...”

“Qarabağ"ın Avropa Liqasında "Tottenhem"ə məğlub olmasına təəssüflənirəm.

Oyundan öncə komandanın motivasiyası yaxşı deyildi.

Komandamızı oyunun keçiriləcəyi stadiona gətirən avtobusun tıxaca düşməsi motivasiyanı aşağı salmışdı".

Sportinfo.az xəbər verir ki, bunu teleqraf.com-a Milli Məclisin deputatı, “Qarabağ”ın sadiq azarkeşi Aqil Abbas deyib.

“Komandamızı qəsdən tıxaca salıb, oyuna gecikdirmişdilər. Tıxacda adamın əsəbi pozulur. Bakıda işə gedib-gələndə tıxaca görə başımız xarab olur, bir müddət özümüzə gələ bilmirik”, - deyə o əlavə edib.

Aqil Abbasa görə, “Qarabağ” Azərbaycanda ən azı özü kimi 4 komanda olduqda, Avropa futbolunu fəth edəcək:

“Hələ ki belə bir imkan yoxdur. Təsəvvür edin, “Qarabağ” “Tottenhem”lə oynayıb gəlib, sabah da “Kəpəz”lə, “Səbail”lə oynayacaq.

Bu fərqi hiss etmək elə də çətin deyil. Azərbaycanda gərək, çempionluq uğrunda “Qarabağ” kimi 4-5 komanda mübarizə aparsın ki, komanda da tam yetişsin”.

Millət vəkili bildirib ki, futbolçu Toral Bayramov penaltini vursaydı, oyun fərqli qaydada gedəcəkdi:

“Onun penaltini vura bilməməsi pis oldu. Bütün bunlara baxmayaraq “Qarabağ”a, Qurban Qurbanova inanıram”.

Londonda "Tottenhem Hotspur" stadionunda keçirilən Avropa liqa mərhələsinin I turunda "Qarabağ" "Tottenhem"ə 0:3 hesabı ilə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti