COP29

Qurban Qurbanov bunlara qulaqburması verməsə…

27 Sentyabr 19:40 Qarabağ 2 315
Qurban Qurbanov bunlara qulaqburması verməsə…

Çempionlar Liqasına 3 məğlubiyyətlə vida edən «Qarabağ» Avropa Liqasının Liqa mərhələsinə də xalsız başladı.

ÇL-in üçüncü təsnifat mərhələsində «Lodoqorets»ə Bakıda, pley-off mərhələsində «Dinamo»ya həm Zaqrebdə, həm də burada yenik düşən komandamız ikinci dərəcəli turnirin açılış turunda İngiltərədən əliboş döndü.

82 dəqiqə azlıqda qalan «Tottenhem» çempionumuza 3 qol vurdu…

Bir aydır dad döyürük ki, «Qarabağ»da problemlər var. Rəhbərlik demək olar bütün futbolçuların əməkhaqqısını yayda 15-20 faiz artırsa da, deyəsən, bu jest tam «yerinə oturmayıb».

Juninyo, Yassin Benzia və Abdulla Zubir ötən mövsümdəki kimi parlaq təsir bağışlamır. Geriləməni görmürsüzmü?

İlahi, bu, nədir?!

Bir belə qol fürsətini necə qaçırmaq olar axı?!

«Qarabağ» Zaqrebdə yaratdığı qol epizodlarının yarısını dəyərləndirsəydi, bu dəqiqə Çempionlar Liqasının qrup mərhələsində idi.

O sindrom davam edir. UEFA bu mövsüm avrokubokların bütün turnirlərində boşa verilən qol fürsətlərinin hesabatını açıqlasa, şübhə etmirəm ki, «Qarabağ» birinci yerdə olar.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti