COP29

Qurban Qurbanovu narahat edən, tıxacda qalan… VİDEO

27 Sentyabr 14:00 Qarabağ 589
Qurban Qurbanovu narahat edən, tıxacda qalan… VİDEO

“Benzia, Juninyo kimi penalti zərbələrini daha yaxşı yerinə yetirən futbolçular olduğu halda, Toral Bayramovun bunu icra etməyə çalışmasını anlaya bilmirik.

Elə bir həssas məqam idi ki, qol olsaydı, oyunda geridönüş edə bilərdik.

Çünki o dəqiqələrdə oyun üstünlüyü “Qarabağ”da idi. Ağdam klubunda futbolçuları ilk dəfə belə motivasiyasız, inamsız izlədim.

Burada tıxac amilinin də böyük rolu ola bilər. Çünki komandada psixoloji gərginlik ilk dəqiqələrdən özünü göstərdi”.

Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.

Tanınmış jurnalist Avropa Liqasında Liqa mərhələsinin ilk turu çərçivəsində keçirilən “Tottenhem” – “Qarabağ” (3:0) matçı barədə danışarkən, komandamızın futbolçularında yaranmış arxayınlığı heç cür anlaya bilmədiyi diqqətə çatdırıb.

Xüsusilə, topa sahib olarkən sürətli ötürmələr sayəsində rəqib qapısı qarşısında təhlükəli epizodlar yaratdığını, bunlardan birinin ən azından qolla nəticələnməsinin mütləq olduğunu diqqətə çatdırıb.

Elçin Cəfərov komandanın meydanda nizam-intizam cəhətdən geriləmə olduğunu deyərək, baş məşqçi Qurban Qurbanovun bununla bağlı tədbir görüləcəyinə ümid etdiyini də deyib.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti