COP29

10 nəfərlə qaldılar, “Qarabağ”a qolları bu cür vurdular - VİDEO

27 Sentyabr 03:40 Qarabağ 377
10 nəfərlə qaldılar, “Qarabağ”a qolları bu cür vurdular - VİDEO

“Qarabağ” Avropa Liqasının Liqa mərhələsində mübarizəyə başlayıb.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi yeni formatda keçirilən yarışda bu gün ilk oyununa çıxıb.

Qurban Qurbanovun komandası Londonda “Tottenhem”lə qarşılaşıb.

"Qarabağ"ı aparan avtobusun Londonda tıxaca düşməsi səbəbindən görüş Bakı vaxtı ilə 23:00-da deyil, 23:35-də başlayıb. Matçda İngiltərə klubu 3:0 hesabı ilə qalib gəlib.

1-ci turdan sonra "Qarabağ" turnir cədvəlində "Dinamo" (Kiyev) ilə 34-35-ci yerləri bölüşdürür.

Tottenhem” “Qarabağ”a tanış rəqibdir. 2015-ci ildə də bu komandalar iki dəfə qarşılaşıblar. Avroliqanın qrup mərhələsində keçirilən oyunların hər ikisi “Tottenhem”in qələbəsi ilə yekunlaşıb - Londonda 3:1, Bakıda 1:0.

“Tottenhem” (İngiltərə) - “Qarabağ” (Azərbaycan) - 3:0

Qollar: Brennon Conson, 12 (1:0), Pape Matar Sarr, 53 (2:0), Dominik Solanke, 69 (3:0)

Qeyri-dəqiq penalti zəbəsi: Toral Bayramov, 57

Qırmızı vərəqə: Radu Draquiş, 8 ("Tottenhem")
London, “Tottenhem Hotspur” stadionu

Baş hakim: Villi Delajo, (Fransa)

Digər Xəbərlər
Xəbər Lenti