COP29

İngiltərədən məğlub dönən Avroliqada neçənci yerdədir?

27 Sentyabr 02:20 Qarabağ 332
İngiltərədən məğlub dönən Avroliqada neçənci yerdədir?

Yeni formatda keçirilən Avropa Liqasının Liqa mərhələsində 1-ci tura yekun vuruldu.

“Qarabağ” ilk turda Londonda “Tottenhem”lə qarşılaşdı və 0:3 hesabı ilə uduzdu.

Sportinfo.az xəbər verir ki, 36 komandanın mübarizə apardığı liqa mərhələsində 1-ci turdan sonra ilk pilləni “Ayaks” tutur. Niderland təmsilçisi daha yaxşı top fərqinə görə (+4) liderdir.

“Qarabağ” isə “Dinamo” Kiyevlə (-3) 34-35-ci yerləri bölüşdürür.

Sonuncu - 36-cı yeri “Beşiktaş” tutur.

Avroliqada turnir cədvəli

Digər Xəbərlər
Xəbər Lenti