COP29

"Qarabağ" "Tottenhem"ə məğlub oldu - YENİLƏNİB

27 Sentyabr 01:29 Qarabağ 593
"Qarabağ" "Tottenhem"ə məğlub oldu - YENİLƏNİB

"Qarabağ" vropa Liqasında İngiltərədə "Tottenhem"ə məğlub olub.

Sportinfo.az xəbər verir ki, "Tottenhem Hotspur" stadionunda keçirilən Liqa mərhələsinin I turununun oyunu meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı 12-ci dəqiqədə Brennan Conson açıb. 53-cü dəqiqədə Pap Matar Sarr hesab arasındakı fərqi iki topa çatdırıb.

Qarşılaşmada yekun hesabı isə 69-cu dəqiqədə adını tabloya yazdıran Dominik Solanke müəyyənləşdirib.

Görüşün 7-ci dəqiqəsində londonlular Radu Drequşinin qırmızı vərəqə almasının ardından meydanda azlıqda qalıb.

58-ci dəqiqədə isə “köhlən atlar”dan Toral Bayramov penalti zərbəsindən yararlana bilməyib.

"Tottenhem" – "Qarabağ" 3:0
Qollar: Brennan Conson, 12. Pape Sarr, 53. Dominik Solanke, 68.
Matçın 58-ci dəqiqəsində Toral Bayramov penaltidən yararlana bilməyib (qapı tiri).
Qırmızı vərəqə: Radu Draquşin, 8.
Baş hakim: Villi Delajo (Fransa).
London. “Tottenhem” stadionu.

"Tottenhem": 1. Qulyelmo Vikario, 6. Radu Draquşin, 7. Hın-Min Son (k), 8. İves Bissuma, 14. Arçi Qrey, 15. Lukas Berqvol, 19. Dominik Solanke, 22. Brennan Yonson, 29. Pape Sarr, 33. Ben Deyvis, 37. Miki van de Ven.
Ehtiyat oyunçular: Forster, Austin, Maddison, Udogie, Verner, Kuluşevski, Pedro, Bentanku, Lankserar, Moore.
Baş məşqçi: Angelos Postekoqlu.

"Qarabağ": 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 6. Julio Romao, 7. Yassin Benzya, 66. Patrik Andrade, 10. Abdullah Zubir, 18. Juninyo, 27. Toral Bayramov.
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 97. Fabian Buntiç, 8. Marko Yankoviç 30. Abbas Hüseynov, 20. Riçard Almeyda, 21. Aleksey Kaşuk, 24. Aleksey İsayev, 15. Leandro Andrade, 90. Nəriman Axundzadə, 22. Musa Qurbanlı, 11. Emmanuel Adday.
Baş məşqçi: Qurban Qurbanov.

Digər Xəbərlər
Xəbər Lenti