COP29

“QARABAĞ”: Premyer Liqanın böyüyü mənəm, mən! - VİDEO

00:40 Qarabağ 104
“QARABAĞ”: Premyer Liqanın böyüyü mənəm, mən! - VİDEO

"Qarabağ" Azərbaycan Premyer Liqasında "Neftçi"ni məğlub edib.

Sportinfo.az xəbər verir ki, mövsümün ilk derbisi VII turda baş tutub.

Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 4:0.

"Neftçi"dən Robert Bauer 18-ci dəqiqədə avtoqol müəllifi olub. 29-cu dəqiqədə Olavio Juninyo, 45+3-cü dəqiqədə Yassin Benzia, 90+1-ci dəqiqədə Leandro Andrade adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran "köhlən atlar" liderliyə yüksəlib. "Ağ-qaralar" 4 xalla 8-9-cu yerləri bölüşdürür.

@Azersun Arena”, 3000 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli
Dördüncü hakim: Əli Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Sarı vərəqələr: Mateus Silva, 44 (qeyri-idman hərəkəti); Julio Romao, 84 (oyun qaydalarının sistematik şəkildə pozulması)
Qollar: Robert Bauer, 18 (ö.q.); Olaviyo Juninyo, 29; Yassin Benzia, 45+2; Leandro Andrade, 90+1
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 2 dəq.

“Qarabağ”
99. Mateuş Koxalski
55. Bədavi Hüseynov (k)
(30. Abbas Hüseynov, 85)
13. Bəhlul Mustafazadə
44. Elvin Cəfərquliyev
27. Toral Bayramov
(15. Leandro Andrade, 65)
10. Abdullah Zubir
(11. Emmanuel Addai, 71)
66. Patrik Andrade
7. Yassin Benzia
(8. Marko Yankoviç, 85)
18. Olavio Juninyo
(90. Nəriman Axundzadə, 65)
2. Mateus Silva
6. Julio Romao
Ehtiyat oyunçular:

97. Fabian Buntiç
20. Riçard Almeyda
24. Aleksey İsayev
22. Musa Qurbanlı
81. Kevin Medina
19. Redon Cica
21. Aleksey Kaşuk

Baş məşqçi: Qurban Qurbanov

“Neftçi”
93. Rza Cəfərov
3. Höccət Haqverdi
90. Ramil Şeydayev (k)
13. Emil Səfərov
14. Edvin Kuç
(6. Rafael Quzzo, 87)
44. Yuri Matias
23. Robert Bauer
24. Mustafa Sek
9. Andre Şinyaşiki
(99. Ervin Koffi, 60)
22. Dembo Darbo
88. Andrey Ştoqrin
(11. Kilan Lebon, 46)
Ehtiyat oyunçular:

1. Emil Balayev
30. Rustam Samigullin
8. Emin Mahmudov
17. Rəhman Hacıyev
19. Azər Salahlı
91. Ağadadaş Salyanskiy
47. Murad Məmmədov
4. Mark Tamaş
77. Yeqor Boqomolski
Baş məşqçi: Roman Qriqorçuk

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:10 Çək və bizə göndər!
20 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 10:40 Bu da BİZİM TƏKLİF!
20 Sentyabr 06:10 Paşinyan bunu istisna etmir
20 Sentyabr 05:50 Bir də o... YENİ KEÇİD
20 Sentyabr 05:10 Babayev də imzanı atdı
20 Sentyabr 02:10 Millimiz Çexiyaya uduzdu