COP29

“Qarabağ” gündəm yaradan TRANSFER İDDİASIna səssiz qalmadı: “Satmağa hazırlaşmırıq“

15:00 Qarabağ 870
“Qarabağ” gündəm yaradan TRANSFER İDDİASIna səssiz qalmadı: “Satmağa hazırlaşmırıq“

Xəbər verdiyimiz kimi, “Qarabağ”ın legioneri Leandro Andrade Kadi Borgesin yolu ilə gedə bilər.

Kope-verdeli yarımmüdafiəçinin Rusiya Premyer Liqasında çıxış etmək ehtimalı yaranıb.

24 yaşlı hücumameyilli oyunçunun hüquqlarını təmsil edən “FIA Football” agentliyi bununla bağlı bəyanat yayıb və saytımızın günlər öncə tiradladığı informasını təsdiqləyib.

Bildirilib ki, Leandro Rusiya komandalarının diqqət mərkəzindədir.

Hətta yay fasiləsində “Lokomotiv” və “Dinamo”dan rəsmi təklif də edilib. Lakin Andrade Azərbaycanda qalmağı üstün tutub.

Rusiyada “transfer pənrəcəsi” bağlandığından, adıçəkilən klublar qış transfer dönəmini gözləməli olacaqlar. Moskva təmsilçiləri Andradenin keçidi üçün yenidən “Qarabağ”ın qapısını döyəcəklər.

“Qarabağ”la müqavilə müddəti 2027-ci ilin yayına qədər olan Leandro Andrade kimi Kadi Borges də Rusiyadan dəvət almış və yekunda “Krasnodar”a satılmışdı.

“Qarabağ”ın İdarə Heyətinin üzvü Asif Əsgərov bu informasiyalarla bağlı saytımıza açıqlama verib.

Ağdam klubunun təcrübəli funksioneri Leandro Andradeyə görə son vaxtlar heç bir rəsmi təklif almadıqlarını bildirib:

“Hal-hazırda ona görə bizə gələn rəsmi dəvət yoxdur. Yayılan xəbərləri biz də yalnız mətbuatdan oxuyuruq.

Andradenin bizimlə hələ 3 illik müqaviləmiz var. Onu satmağa hazırlaşmırıq”.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti