COP29

“Qarabağ" qonaqlar üçün yeni qiymət müəyyənləşdirdi - İlk ev oyununda

14:20 Qarabağ 256
“Qarabağ" qonaqlar üçün yeni qiymət müəyyənləşdirdi - İlk ev oyununda

Avropa Liqasının Liqa mərhələsinin II turunda keçiriləcək "Qarabağ" - "Malmö" matçını izləmək istəyən qonaq komandanın azarkeşləri üçün biletlərin qiyməti məlum olub.

Sportinfo.az xəbər verir ki, bu barədə İsveç təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Səfər fanatları üçün biletin qiyməti 140 İsveç kronudur (təxminən 24 manat).

Qarşılaşmanı izləmək üçün qonaq tərəfdarlar ayrılmış vauçerləri "Malmö"nün rəsmi saytından əldə edə bilərlər.

Onlar daha sonra bunları biletlərlə diyişdirməlidirlər. Mübadilənin necə və vaxt olacağı bilet alıcılarının elektron poçt ünvanlarına göndəriləcək.

Oktyabrın 3-də təşkil olunacaq "Qarabağ" - "Malmö" görüşü saat 20:45-də start götürəcək.

Azərbaycan çempionu I turda, sentyabrın 26-da İngiltərədə "Tottenhem"lə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 17:20 Berdiyevin "gizli silahı"