İtaliya mətbuatı bu mövsüm avrokubokların əsas mərhələsində çıxış edən klublarından yazarkən, “Qarabağ”ı n adını da qeyd edib.
Sportinfo.az xəbər verir ki, “Esquire” nəşri Azərbaycan çempionunun uzun illər Ağdamda deyil, Bakıda məskunlaşdığına işarə vurub:
"Bəzi ölkələri ancaq Avropa Liqasında kəşf etmək olar.
Məsələn, “Qarabağ”ın təmsil etdiyi Azərbaycan. Emannuele Culianellinin kitabından sitat gətirərək qeyd edək ki, bu, "şəhərsiz komanda" olan bir klubdur.
Ağdamda fəaliyyətə başlamış “Qarabağ” 1991-ci ilə qədər sovet çempionatlarında iştirak etmişdi. Sonradan isə Qarabağ müharibəsi səbəbindən klub faktiki olaraq öz doğma yurdundan didərgin salınmışdı.
1993-cü ildən bu komanda ev oyunlarının hamısını Azərbaycanın paytaxtı Bakıda keçirib".
"Qarabağ" Avropa Liqasında bu mövsüm "Tottenhem", "Malmö", "Elfsborq", "Lion", "Ayask", "Bodo-Qlimt", FKSB klubları ilə qarşılaşacaq.