COP29

“Qarabağ”dan “Neftçi”yə “raket atıldı” – 1:0

17 Sentyabr 19:00 Qarabağ 1 391
“Qarabağ”dan “Neftçi”yə “raket atıldı” – 1:0

Premyer Liqanın 7-ci turunda “Qarabağ” “Neftçi”ni qəbul edəcək.

Ağdam təmsilçisinin aparıcı azarkeş qruplarından olan “İmarət Tayfa” sosial şəbəkə hesabında oyunla bağlı çağırış paylaşımı edib.

“İmarət” əzəli rəqibləri “Neftçi”ni Premyer Liqada qalmaq uğrunda mübarizə aparan komanda kimi qələmə verməklə “ağ-qaralar”a “raket” atıb.

Məlum postla “Qarabağ” - “Neftçi” oyunu başlamamış birincilər 1:0 hesabı ilə önə keçib.

“Qarabağ”ımız Premyer Liqanın növbəti turunda liqada qalmaq üçün mübarizə aparan Bakının “Neftçi” komandası ilə qarşılaşacaq.

Bu matçda “İmarət Tayfa” ilə dəstək olmaq istəyənılərin nəzərinə çatdırırıq ki, oyundan 1 saat əvvəl “Bazarstore”nin qarşısında yığışırıq.

Biletlər yuxarıda qeyd olunan yerdə üzvlərimiz tərəfindən satılacaqdır. Qara üst geyimlərindən və şərflərdən istifadə etmək mütləqdir”.

Sentyabrın 20-də “Azərsun Arena”da gerçəkləşəcək qarşılaşma saat 20:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM