“Mən orada İkinci və fiziki hazırlıq üzrə məşqçi idim”.
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanda “Neftçi” və “Qarabağ”da işləmiş Ruben Selles deyib.
İspaniya mediasına danışan 40 yaşlı mütəxəssis “Qarabağ”da maraqlı təcrübə topladığını sözlərinə əlavə edib:
“2015-ci ildə Azərbaycana qayıtdım, iki il yarım “Qarabağ”da işlədim. Ardıcıl iki mövsüm ölkə çempionu olduq və kuboku qazandıq.
2017/2018 mövsümündə “Çelsi” (İngiltərə), “Roma” (İtaliya) və “Atletiko” (İspaniya) kimi klublarla Çempionlar Liqasının qrup mərhələsində mübarizə apardıq. Maraqlı təcrübə topladım”.
Ruben Selles 2012-2014-cü illərdə “Neftçi”də, 2015-2017-ci illərdə isə “Qarabağ”da fəaliyyət göstərib.