COP29

“Neftçi” istədi, “Qarabağ” razılaşdı, dəyişiklik edildi

17 Sentyabr 00:30 Qarabağ 3 077
“Neftçi” istədi, “Qarabağ” razılaşdı, dəyişiklik edildi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.

Sportinfo.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, “Neftçi”nin ev oyunlarını keçirdiyi “Neftçi Arena”da təmir və yenidənqurma işləri başa çatmadığına görə “ağ-qaralar” “Qarabağ”la matçın məkanının dəyişdirilməsi üçün PFL-ə müraciət edib.

“Qarabağ” klubunun rəsmi razılığını nəzərə alan qurum VII turda baş tutacaq “Nefçi” - “Qarabağ” oyunu ilə XV turun “Qarabağ” - “Neftçi” oyununun yerini dəyişib. Qarşılaşma sentyabrın 20-də saat 20:00-da “Azərsun Arena”da reallaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!