COP29

“Qarabağ” Avroliqanın “pley-off”unda oynayacaq?

17 Sentyabr 00:40 Qarabağ 851
“Qarabağ” Avroliqanın “pley-off”unda oynayacaq?

Futbol statistikası və analitikası ilə məşğul olan beynəlxalq “Football Meets Data” təhlil səhifəsi Avropa Liqasının təhlilini həyata keçirib.

Sportinfo.az xəbər verir ki, Liqa mərhələsində yarışan 36 komandanın pley-off, 1/8 final və 1/4 finala çıxmaq şansları dəyərləndilib.

Təhlilçilərin fikrincə, Azərbaycan çempionu “Qarabağ” “pley-off”da iştirak edə biləcək. Ağdam klubunun ən güclü 24 komanda sırasına düşmək şansı 63 faiz olaraq göstərilib.

Onlara görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Liqa mərhələsini 23-cü yerdə başa vuracaq "pley-off"da oynaya biləcək.

“Qarabağ”ın TOP-8-ə düşmək şansı isə 13 faiz olaraq qeyd edilib. Yəni “Football Meets Data”ya görə, “Qarabağ”ın bu mərhələdə iştitak ehtimalı çox azdır.

Xatırladaq ki, Liqa mərhələsində “Qarabağ”ın rəqibləti “Tottenhem” (İngiltərə), “Malmö” (İsveç), “Ayaks” (Niderland), “Bodo Qlimt” (Norveç), “Lion” (Fransa), Elfsborq” (İsveç) FCSB (Rumıniya) və “Olimpiakos”dur (Yunanıstan).

Avroliqanın Liqa mərhələsində 1-8-ci yeri tutanlar 1/8 finala birbaşa vəsiqə qazanır. 9-24-cü yeti tutanlar isə şərti olaraq 1/16 final da adlandıra biləcəyimiz “pley-off”da oynayacaqlar. 25-36-cı yeri tutanlar avrokuboklarda iştirakını başa vururlar.

“Football Meets Data”ya görə, Avroliqada 1/4 finala isə aşağıda adları qeyd edilən 8 komanda yüksələcək:

1. “Tottenhem (İngiltərə)

2. “Qalatasaray” (Türkiyə)

3. “Mançester Yunayted” (İngiltərə)

4. “Atletik” (İspaniya)

5. “Roma” (İtaliya)

6. “Latsio” (İtaliya)

7. “Portu” (Portuqaliya)

8. “Ayntraxt” (Almaniya)

Final mərhələsi üçün proqnoz

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!