COP29

Qurban Qurbanovun jesti də bombardirin dadına çatmadı

15 Sentyabr 17:45 Qarabağ 3 658
Qurban Qurbanovun jesti də bombardirin dadına çatmadı

Olavio Juninyo mövsümə fırtına kimi başlamışdı.

O, Çempionlar Liqasının təsnifat mərhələsində keçirdiyi 4 görüşdə nə az, nə çox 6 dəfə rəqib qapılarının torunu silkələməyi bacarmışdı.

Hətta adında bir məhsuldar ötürmə də vardı.

Niyə keçmiş zamanda yazıram? Çünki bu gün həmin Juninyodan əsər-əlamət qalmayıb.

Çempionlar Liqasının pley-off mərhələsinin "Dinamo" ilə səfər matçından başlayan "qol orucu" artıq 5 qarşılaşmadı davam edir.

Xorvatların müdafiə xətti 27 yaşlı legionerə iki görüşdə də göz açmağa imkan vermədi.

Görünür, bu məqam ona pis təsir edib. Çünki meydanda məyus, psixoloji durumu yerində olmayan Juninyo görürük.

Onun "Turan Tovuz" və "Zirə"nin qapısına yaxın düşməməməsinə, "Səbail"lə son matçda qaçırdığı real qol imkanlarına başqa nə ad verəsən?

Qarşıdan Avropa Liqasının qrup matçları gəlir. Son çempiona 1 ay əvvəlki Juninyo hava-su kimi lazımdır.

Qurbanovun onu sona kimi meydanda saxlanması da qol vurub, özünə gəlməsinə hesablanmışdı kimi göründü.

Bir məşqçidən futbolçusuna bundan böyük dəstək?

Amma baş məşqçinin bu jesti də ötən mövsümün bombardirinə bu matçda uğursuz zolaqdan çıxmağa yardım etmədi.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!