COP29

“Məşqçinin bizdən nə istədiyini anlamağa başlayırıq”- Benzia

13 Sentyabr 08:30 Qarabağ 1 299
“Məşqçinin bizdən nə istədiyini anlamağa başlayırıq”- Benzia

“Qarabağ” və Əlcəzair millisinin yarımmüdafiəçisi Yassin Benzia Afrika Millətlər Kubokunun seçmə mərhələsində Liberiya yığması üzərində qazandıqları qələbəni (3:0) şərh edib.

Sportinfo.az “Fennec Football”a istinadən xəbər verir ki, “Qarabağ”ın futbolçusu milli komandasının uğurlu nəticəsi haqda bunları deyib:

"Çətin hava şəraitinə baxmayaraq, ilk hissəni çox yaxşı keçirdik. Amma ən önəmlisi 3 xaldır.

Biz məşqçinin göstərişlərinə əməl etdik, onun bizdən hansı oyun oynamağımızı istədiyini anlamağa başlayırıq. Növbəti matçlara hazırlaşmaq üçün vaxtımız var".

Benzia Liberiya ilə görüşdə 77 dəqiqə meydanda olub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə