COP29

“Pis deyil, xoş gəldin, kral!” - “Qarabağ”dan transfer olunan futbolçu necə qarşılandı?

12 Sentyabr 16:40 Qarabağ 8 191
“Pis deyil, xoş gəldin, kral!” - “Qarabağ”dan transfer olunan futbolçu necə qarşılandı?

“Qarabağ”dan ayrılan Hamidu Keytanın yeni ünvanı bəllidir.

Fransalı vinger karyerasını Türkiyədə davam etdirəcək.

Yeni komandasında “28” nömrəli formanı daşıyacaq Keyta ilə 2 illik müqavilə bağlanıb.

Məlum transfer klubun sosial media səhifələrində ictimaiyyətə təqdim olunandan sonra izləyicilər “Qarabağ”ın sabiq futbolçusu haqda fikirlərini yazıb.

Yazılan şərhlərdən insanların Hamidunu tanımadığını və bu transferə isti yanaşmadıqlarını görmək çətin deyil. Bəzi fanatlar isə onu isti qarşılayıb:

“Konyaya xoş gəldin, kral”.

“Baş məşqçini dəyişməyəcəyiniz təqdirdə kimi gətirirsiz gətirin, xeyri yoxdur”.

“Yarımmüdafiənin cinahı üçün gətirmisinizsə, orada görün neçə nəfər var. Yox, hücumçu olaraq düşünmüsünüzsə, bu adam hücumçu deyil. O zaman bu adamı niyə gətirmisiniz?”

“Fransanın 4-cü Liqasından, yoxsa hardan tapıb gətirdiniz bunu? İnşallah, Uçe, Kipeazuya oxşamaz”.

“Bizə futbolçu lazım deyil. O boyda heyət var əlinizdə. Neynirik bunları? Lütfən, İsmayıl Kartalı gətirin komandanın başına”.

“Pis topçu deyil. “Konyaspor”a inamlı olacağına ümidim böyükdür. Xoş gəldin, Keyta”.

“Vinger kimi son 91 oyunda 18 qol vurub. Görüb bizdə nə edəcək”.

“Qarabağ”da Avropa matçlarında çox az oynayıb. Ehtiyat oyunçu olub Azərbaycanda”.

2022-ci ilin yanvarından 2023-cü ilin yayına qədər “Zirə”nin, ötən 1 ildə “Qarabağ”ın uğurları üçün tər tökən 29 yaşlı futbolçu ölkəmizdə top qovduğu müddətdə bütün yarışlarda meydana çıxdığı 108 oyunda 24 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 10:40 Razı qalacaqsız…
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?